Qafqaz Metal Qablaşdırma Sənaye MMC

Qafqaz Metal Qablaşdırma Sənaye MMC 2003-cü ildə Azərbaycan Bakı şəhərində Tənəkə Qablaşdırma Sənaye sektorunda fəaliyyətə başlamışdır. Ümumi olaraq 17000 m2 qapalı, 16000 m2 açıq əraziyə malık fabrikamız ən yeni texnologiya ilə İSO 9001–2000 keyfiyyət sistemi ilə istehsalatda Azərbaycan və Dünyanın xidmətindədir.

Hər növ tənəkə qablaşdırma istehsalatında ardıcıl araşdırma və inkişaf çalışmaları ilə yeni texnoloji üsulla hazırlanmış məhsulları zamanında yetişdirən, müasirləşdirilmiş laboratoriya test cihazları ilə keyfiyyətdən kənar çıxmayan siyasətimiz ilə qüsursuz olmağı qarşımıza məqsəd qoymuşuq.

Qafqaz Metal Qablaşdırma zavodu üç sexdən ibarətdir:

  1. Qapaq sexi
  2. Tənəkə qutu sexi
  3. Litoqrafiya sexi

Zavodda qapaqlar və qutular istehsalat edilir, tənəkə lövhələrin üzərinə çap və lak vurulur.

Hal-hazırda zavodda 230 nəfərə yaxın adam işləyir.


az | en | ru | tr