Fəlsəfəmiz

Şirkətimizin ümumi prinsip və dəyərlərini özündə əks etdirən, onun kimliyini meydana çıxaran, yüksək bəşəri dəyərlərə söykənən fəlsəfəsi vardır. Bu fəlsəfə əsl mənasını, şirkətin müxtəlif istiqamətdəki funksiyaları ilə əlaqədar fəaliyyətlərdə tapır. Fəlsəfəmiz, şirkətimizin müxtəlif fəaliyyətlərinə istiqamətləndirir. Fəlsəfəmizin digər mənası, şirkətimizin tərtibat və fəaliyyətlərində cavabdehliyi öz üzərinə götürməsini göstərir və dünyagörüşünü müəyyən edir. Fəlsəfəmiz Şirkətimizin insan faktoruna, keyfiyyətə, sağlamlığa, ətraf mühitə, texnologiyaya, əxlaqa, müştəriyə, ədalətə münasibəti və yanaşmanı əks etdirir.

Şirkət Fəlsəfəsi: Gördüyümüz işlərin və fəaliyyətlərimizin Allah rizasına uyğun olmasıdır.

Ən əsas məqsədimiz İnsanlığa xidmətdir
Ən əsas hədəfimiz İnsanların xoşbəxtliyidir
Ən əsas prinsipimiz Ədalət və düzgünlükdür
Ən əsas etina qaynağımız Müştərilərimizdir
Ən mühüm dəyərimiz Əməkdaşlarımızdır
Ən Vacib İstiqamətimiz Ümumi keyfiyyətdir
Ən Gözəl Reklamımız Bizə edilən etimaddır

Şirkət Fəlsəfəmiz 19 Prinsipdən İbarətdir:

  1. Adət-ənənəyə bağlılıq prinsipi – Bu prinsip şərqin bəşəri dəyər və əxlaqi düşüncəsi ilə qərb texnologiyasının, qədim ənənələrimizin yeni texnologiyalarla birləşdirilməsinə söykənir.
  2. Fəaliyyət prinsipi – Şirkətimiz, spirtli içki, siqaret və silah kimi insanlara zərər verən məhsullar idxal və ixrac etmir. İnsanların sağlamlığına qayğı ilə yanaşır. İstehsalda insan sağlamlığına zərərli olan heç bir maddədən istifadə olunmur. Şirkətimiz dünyanın ekologiya sisteminə hörmətlə yanaşan, xeyirli məhsullar istehsal edərək, insanların istifadəsinə verməyi qarşısına məqsəd qoymuşdur. Ən müasir texnologiyaları nəzərə alaraq, insan sağlamlığını ön planda çıxararaq insanlara xidmət edir.
  3. Keyfiyyət prinsipi – Keyfiyyət prinsipimiz inkişaf və yüksəlmə, müştərilərimizlə məsuliyyət əsasında əlaqə qurulur. Keyfiyyət sahəsində məqsədimiz: Şirkətimizin bazardakı lider mövqeyini qoruyacaq və gücləndirəcək, beynəlxalq bazarda aktiv fəaliyyət göstərməsinə imkan yaradacaq şəkildə, beynəlxalq standartlar çərçivəsində məhsullarımızın və xidmətlərimizin keyfiyyətini artırmaqdır.
  4. Ədalət və düzgünlük prinsipi – Biz həmişə düzgünlük və ədalət tərəfdarıyıq. Biz sadəcə görə biləcəyimiz işə təminat veririk. Biz üzərimizə götürdüyümüz məsuliyyəti yerinə yetiririk. İnanırıq ki, ədalət əvvəlcə insanın daxilində olmalı və daha sonra isə ətrafa əks olunmalıdır. Ona görə də biz əvvəlcə ədaləti öz daxilimizdə qurmağa çalışırıq. Biz özümüzə rəva görmədiyimizi, başqalarına da rəva görmürük.
  5. Bərabərlik prinsipi – Şirkətimizin bütün üzvləri dininə, irqinə, milliyyətinə və sosial statusuna baxmayaraq bərabər hüquqa sahibdirlər. Bölmənin hər bir üzvü digər üzvlərin dəstəyinə və hörmətinə etimad edir. Biz hər zaman təcrübələrimizi öz aramızda bölüşə bilirik. Biz həmişə müştərilərimizin və işçilərimizin fikirlərini, şikayətlərini nəzərə alırıq. Ancaq hər zaman düzgünlük, təvazökar və elmin verdiyi qiymətə sahib olan insanlara üstünlük verilir.
  6. Qarşılıqlı hörmət prinsipi – Qarşılıqlı hörmət şirkət işçilərinin öz aralarında və müştərilərimizlə olan əlaqələrinin təməlindədir. Biz bir-birimizin prinsip və düşüncələrinə hörmətlə yanaşırıq. Bizim üçün başqasının fikri, öz fikrimiz qədər diqqətə layiqdir. Biz mütəxəssisləşmə axtarışına açığıq.
  7. Cəmiyyətə xeyir vermə prinsipi – Şirkətimiz fəaliyyətlərində cəmiyyətin xeyrini əsas götürür. Məhsul, xidmət və texnologiyalarımızı təkmilləşdirib, müştərilərimizin istəklərini hər zaman qarşılamağa çalışırıq.
  8. Əxlaq prinsipi – Cəmiyyətlə şirkətimizin əlaqələri insani və əxlaqi prinsiplərə əsaslanır. Biz hər yaşdan və nəsillərdən olan insanlara hörmətlə yanaşırıq, böyük kiçik pərdəsi çərçivəsində hərəkət edirik.
  9. Ətraf mühitə hörmət prinsipi – Biz ətraf mühitə diqqətlə yanaşırıq, istehsalda və bütün fəaliyyətlərimizdə ətraf mühitin qorunmasına diqqətlə yanaşırıq. Gələcək nəsillərə təmiz mühit yaratmaq hədəfimizdir.
  10. Xeyirxahlıq prinsipi – Şirkətimiz cəmiyyətin gələcəyi olan uşaqların təhsil almasına və normal həyat tərzlərinə kömək məqsədilə fəaliyyət göstərir. Kimsəsiz insanlara kömək etmək, atılmış körpələrə ana, ata qayğı və diqqətini göstərmək bizim həyat prinsipimizdir.
  11. Qanunilik prinsipi – Çalışdığımız və xidmət etdiyimiz ölkənin qanunlarına hörmətlə yanaşırıq və qanun çərçivəsində fəaliyyət göstəririk.
  12. Şirkətləşmə prinsipi – Şirkətimiz çox tərəfli, kompleks şəklindədir. Daxili tarazlıq və bütövlüyünü itirmədən, dünyadakı dəyişikliklər paralelində, fərdin dəyərini bilərək, ancaq sistemli mexanizmlərlə idarə edilir.
  13. Qəliblənmə prinsipi - Şirkətimizin nailiyyətlərinin uzun ömürlü olması üçün, bir şirkətin təməlinin möhkəm olması əsasdır. Daima dəyişmək və inkişaf etmək nəzərə alınaraq təşkilat daxilində lazımi dəyişikliklər aparılır. Hər il həyata keçirilən fəaliyyətlər gözdən keçirilir, yeni hədəflər müəyyən olunur və lazımi sistemlər qurulur.
  14. Məsuliyyət prinsipi – Alıcı və istehsal etdiyimiz məhsulların etibarlı olması baxımından məsuliyyətimizin nə olduğunu bilərək hərəkət edirik. Bu bizim müştərilərimizlə olan əlaqələrimizin nəticələrinə qarşı məsuliyyət istehsal edilən məhsul və xidmətlərin müştərilərin tələbinə uyğun olması mövzusundadır. Özümüzə qarşı məsuliyyətimiz isə şərəfli fəaliyyət yolumuzla bu günə qədər qazandığımız etimadın qorunmasındakı məsuliyyətimizdir.
  15. Düzgün rəqib prinsipi – Rəqiblərlə sadəcə qanuni və ticarət metodlar daxilində yarışırıq. Onlara qarşı iftira və yalanlardan uzaq olmaqla şərəf və əxlaqi çərçivədə işləyirik. Rəqabət mühitini mükəmməllik yarışı olaraq görürük və hər zaman bu yarışa hazır olmağı nəzərə alırıq.
  16. Etimadı qiymətləndirmə prinsipi – Mükəmməl şöhrət və inam qazanmanın təminatı, məsuliyyətin tam və dəqiq yerinə yetirilməsidir. Bizə inanan, etimad edən quruluş və insanları nəzərə alırıq, onların etimadını qazandığımız kimi, onu hər zaman qorumağa hazırıq. Biz qarşılıqlı etimada xüsusi qiymət veririk.
  17. Qrup ruhu prinsipi – Həyata keçirilən fəaliyyətləri bir nəfərin fəaliyyəti olaraq görmür, bütün qrupun işi olaraq başa düşürük. Qurumumuz qrupa böyük qiymət verir və qrup ruhunu canlı tutmağa xüsusi diqqət yetirir. Qrup içərisində özünü mükəmməlliyə həsr etmə, impatiya (fərdin özünü başqasının yerinə qoyaraq, hadisələrə onun aspektindən baxması və hissetməsidir) hakimiyyəti ünsürlərini təmin edər. “Mən” dən uzaq “Biz” fəlsəfəsinə sadiq qalırıq və hər bir müvəffəqiyyətə bir ailə olaraq çatacağımıza inanırıq.
  18. Texnologiya “know how” prinsipi – Qurumumuz yeni texnologiyalara xüsusi diqqət yetirir, beynəlxalq standartlara uyğun bu sahədə baş verən bütün hadisələri izləyir. Yeni texnologiyalara investisiya qoymaq ən vacib yatırım istiqamətimizdəndir. “Know – How” xüsusiyyətinə malik olan bu sahədə özünü inkişaf etdirən və yenilikləri Qurumda tətbiq edən insanlar bizim gələcəyimizdir.
  19. Mükəmməllik prinsipi – Fəaliyyətlərimizlə bağlı hər məsələdə mükəmməllik axtarışındayıq. Qurumumuz istehsal edilən məhsul və xidmət keyfiyyətinin inkişafına, mükəmməlləşməsinə yönəlmişdir. Mükəmməllik zirvəsinə aparan yolun çətin və sərt olduğunu bilirik. Fəqət bu yoldan çəkinmirik, əzimliyik və bu istiqamətdə irəliləməyə hazırıq.
az | en | ru | tr